Azərbaycandan Tunisə xam neft nəqli bərpa edilib

16:56 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. Tunis 2023-cü ildə ilk dəfə Azərbaycandan xam neft idxalını bərpa edib.

ABC.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin avqust ayında Şimali Afrika ölkəsi Azərbaycandan 13 223 tonluq xam neft alıb.

Bu da 7 milyon 738 min ABŞ dolları dəyərindədir.

Qeyd edək ki, sonucu dəfə Tunisə 2022-ci ilin dekabrında neft nəql edilmişdi. Ümumilikdə 2022-ci ildə Tunis Azərbaycandan 667 312 ton və ya  498 milyon 823 min dollar dəyərində xam neft almışdı.