Azərbaycan xaricdən bu qədər dərman alıb

16:45 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 401 milyon 483 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd edilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.

8 ay ərzində Azərbaycana 20 232 ton əczaçılıq məhsulları idxal olunub ki, bu da 1 il əvvələ nisbətən 6% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3.60%-ni təşkil edib.