Azərbaycandan Türkiyəyə qoyulan birbaşa investisiyalar xeyli azalıb

17:17 - 15.09.2023


15 sentyabr, Fineko/abc.az. Azərbaycandan Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa investisiyanın həcmi ilin ilk 6 ayında 43.58 milyon dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu da illik müqayisədə 27 faiz azalma deməkdir.

Birbaşa xarici investisiya ya da birbaşa xarici sərmayə qoyuluşu portfel investisiyalarından başqa, bir və ya birdən artıq beynəlxalq investorun hamısına sahib olaraq və ya yerli bir və ya bir neçə firma ilə müştərək halda qoyula bilinən mənbələrin bir başqa ölkəyə daşınmasıdır.

Birbaşa xarici investisiyalar transmilli şirkətlər vasitəsilə reallaşmaqdadır. Çoxmillətli şirkətlərin digər dövlətlərdə investisiya qoymasını səbəbi, investisiyanın öz ölkələrinə görə daha gəlirli olmasıdır. Ancaq bu investisiya qərarında sadəcə gəlirlilik deyil, investisiya riski də nəzərə alınır. Bu risklər investisiyanın qoyulacağı ölkəyə və zamana bağlı olaraq dəyişməklə bərabər, iqtisadi və siyasi formada da ola bilər.