15:29 - 15.09.2023
15 sentyabr, Fineko/abc.az. İlin birinci yarısında Almaniyaya Çin avtomobilləri və hissələrinin idxalı 75 faiz artıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Alman İqtisadiyyat İnstitutunun (IW) hazırladığı hesabatda qeyd edilib. Bildirilib ki, bu il Almaniya bazarına bir neçə Çin markası daxil olub və onların ümumi sayı 8-ə çatıb. Bununla belə, ölkədə satılan avtomobillərin yalnız 1,5%-i Çin istehsalı olan avtomobillər olub.
Hesabatda həmçinin, ilin birinci yarısında alman avtomobillərinin və hissələrinin Çinə ixracının 21% azaldığı göstərilib.
14 Avqust 2026
14 Avqust 2026