15:18 - 14.09.2023
14 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8397,2 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, onun 3905,2 milyon manatı heyvandarlıq, 4492,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026