“Google” böyük ixtisara başlayır

11:20 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. “Google” böyük ixtisara başlayır. Belə ki, şirkətin qlobal işə qəbul komandasından yüzlərlə işçisini ixtisar edəcəyi bildirilir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat dərc olunub. Qeyd edilib ki, “Google”un işə qəbul üzrə vitse-prezidenti Brayan Onqun işə qəbul qrupundan bəzi işçilərin işdən çıxarılacağını açıqladığı bildirilib.

Xəbərdə “Google”un yüzlərlə işçini işdən çıxarmasının, işə qəbulu yavaşlatmaq üçün göstərdiyi səylərin bir hissəsi olduğuna diqqət çəkilərək, komandanın böyük bir hissəsi ilə işləməyə davam edəcəyi vurğulanıb..

Qeyd edək ki, “Google” yanvar ayında 12 min insanı ixtisar edəcəyini açıqlamışdı ki, bu da tam zamanlı işçi qüvvəsinin təxminən 6 faizini əhatə edir.