Pakistan Beynəlxalq Hava Yolları ifas edib

11:09 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. Pakistan Beynəlxalq Hava Yollarının (PIA) iflas ərəfəsində olduğu bildirilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, iflas “Boeing” və “Airbus” şirkətlərinə olan borcdan qaynaqlanır. Belə ki, sözügedən şirkətlərə ödəniş etmədikləri üçün PİA-ya ehtiyat hissələrinin tədarükünü dayandırıblar və PİA-nın məhdud uçuş əməliyyatları səbəbindən hər gün milyonlarla rupi ziyana uğrayıb.

Dammam Hava Limanında 1, Dubay Hava Limanında isə 4 PİA təyyarəsinin yanacaq ödəmədiyi üçün dayandırıldığını və PİA-nın verdiyi yazılı təminatdan sonra bu uçuşlara icazə verildiyini diqqətə çatdırılıb.

PİA-nın iflas ərəfəsində olduğunu və sentyabrın 15-nə qədər 77,8 milyon dollar təcili maliyyə yardımı verilməsə, uçuşların dayandırıla biləcəyini də bildirilib . Digər tərəfdən, mənbələr PİA işçilərinin maaşlarını ala bilməyəcəyini də gündəmə gətiriblər.