10:31 - 14.09.2023
14 sentyabr, Fineko/abc.az. Azərbaycanda bu ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 1 902,2 min və ya 32,7% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 33,5% azalaraq 198,9 min ton olub.
14 Avqust 2026