Zəngəzur dəhlizi ilə bağlı bəzi məqamlar var - Türkiyənin Dəmir Yollarının baş direktoru

16:57 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna alternativ deyil.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin Dövlət Dəmir Yollarının (TCDD) baş direktoru Ufuk Yalçın bildirib.

O qeyd edib ki, Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı hazırda strategiyası yoxdur: “Hazırda Zəngəzur dəhlizi ilə bağlı bəzi məqamlar var. Lakin bəzi məqamlar həllini tapandan sonra biz bu dəhliz vasitəsilə Azərbaycana birbaşa çıxış əldə edəcəyik”.

U.Yalçın bildirib ki, BTQ dəmir yolu tam yenilənir: “Dəmir yolu xəttinin hazırda bağlı olmasına səbəb də bu yenilənmə ilə əlaqədardır. Düşünürəm ki, BTQ iki aydan gec olmayaraq yenidən istismara verildikdən sonra gün ərzində iki qatar göndərə biləcəyik”.