Türkiyədə sürət radarı hazırlanıb

14:26 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Türkiyə daha bir ixtirasını təqdim edib. Bu, avtomobillərin sürət həddini ölçən sürət radarıdır.

ABC.AZ xəbər verir ki, bu barədə “TRT Haber”ə məlumat yayıb.

Belə ki, uzun illərdir xaricdən alınan sürət radarları da Türk mühəndisləri tərəfindən hazırlanıb.

Türkiyə istehsalı bu radarların xaricdə istehsal olunanlardan fərqli olduğu bildirilir. Türkiyə istehsalı olan radar daha inkişaf etmiş funksiyalara malikdir.

Bu radarların Körfəz ölkələri başda olmaqla bir çox ölkəyə ixrac edilməsi nəzərdə tutulur.