14:01 - 13.09.2023
13 sentyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Çinin elektriklə işləyən avtomobillərə verdiyi subsidiyalarla bağlı araşdırmaya başlayır.
ABC.AZ-ın xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi, Aİ-nın sənayenin rəqabət qabiliyyətindən narahat olması göstərilir.
Araşdırmanın aparılacağı barədə məlumat verən Aİ Komissiyasının sədri Ursula Von der Leyen qlobal bazarın ucuz Çin avtomobilləri ilə dolu olduğunu bildirib.
Leyen Avropa Parlamentindəki illik çıxışında bildirib ki, dövlətin böyük subsidiyaları ilə qiymətlər süni şəkildə aşağı saxlanılır:
“Bu vəziyyət bazarda problemlər yaradır. Biz bu təhrifi nə öz daxili bazarımızda, nə də xarici bazarda qəbul etmirik”.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026