Azərbaycanda maaşlar 3 manat artıb

14:17 - 12.09.2023


12 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 925 manat 30 qəpik olub.

ABC.AZ xəbər verir ki, bu yeni açıqlanan rəsmi məlumatlarda öz əksini tapıb. Qeyd olunub ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-iyun) müqayisədə 3 manat 40 qəpik artıb.

Məlumat üçün bildirək ki, ötən ilin əvvəlindən ötən dövr ərzində və bu ilin yanvar-iyul aylarında ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

2023-cü il

Yanvar – 856,2 manat

Yanvar-Fevral – 854,5 manat

Yanvar-Mart – 901,3 manat

Yanvar-Aprel – 913,9 manat

Yanvar-May – 916,8 manat

Yanvar-İyun – 921,9 manat

Yanvar-İyul – 925,3 manat