Bir çox istiqamətə aviabiletlər bahadır - ATA sədri

11:20 - 12.09.2023


12 sentyabr, Fineko/abc.az. Təəssüf ki, bir sıra açıq məsələlərimiz hələ də qalmaqdadır. Onların sırasında vizaların alınması, nəqliyyat sektorunda qeyri-peşəkar şəxslərin fəaliyyət göstərməsi və bir çox istiqamətə aviabiletlərin baha olması bu qəbildəndir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda deyib.

O bildirib ki, gələcəkdə bu məsələlərin həllində də müsbət irəliləyişlərin şahidi olacağıq:

"Assosiasiya olaraq çalışacağıq ki, qarşıdakı illərdə yeni istiqamətlərə reyslərin açılmasına, hotel və hava yolları ilə əməkdaşlığın artırılmasına və beynəlxalq şirkətlərlə işbirliyinin gücləndirilməsinə nail olaq".