Dondurma şirkəti Vergilər Xidmətinin bu idarəsini məhkəməyə verib

10:41 - 11.09.2023


11 sentyabr, Fineko/abc.az. Azərbaycanın dondurma istehsalçısı “AER Company Qrup” MMC (VÖEN – 2003325611) İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.

ABC.AZ xəbər verir ki, bu barədə yerlo mətbuatda məlumat dərc edilib. Məlumata görə, “AER Company Qrup” MMC-nin Vergilər Xidmətinə qarşı qaldırdığı iddiaya Bakı Apellyasiya Məhkəməsində hakim Xəyalə Cəmilovanın sədrliyilə baxılacaq.

Məhkəmə iddiasının vergi məsələlərilə bağlı qaldırıldığı qeyd olunur.

Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə hazırda “AER Company Qrup” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 15 min 959 manat 95 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, “AER Company Qrup” MMC 02.04.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 576 min 100 manat olan MMC-nin hüquqi ünvanı “Xətai rayonu, Məhəmməd Hadi, ev 21”-də yerləşir.

MMC-nin qanuni təmsilçisi Şərifov Elşən Ramazan oğludur.