İstanbulda yaşamaq üçün aylıq nə qədər vəsait lazımdı?

14:47 - 5.09.2023


5 sentyabr, Fineko/abc.az. Türkiyənin İstanbul şəhərində yaşamaq üçün aylıq nə qədər pulun lazım olduğu araşdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə İstanbul Planlaşdırma Agentliyi araşdırmasını təqdim edib.

"2023-cü ilin avqust ayında İstanbulda dörd nəfərlik bir ailənin yaşayış xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 80,59 faiz artaraq 42 min 593 lirə (2703 manat) olaraq hesablanıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında İstanbulda dörd nəfərlik bir ailənin yaşayış xərcləri 38 min 828 lirə (2464 manat) olaraq hesablanıb.