Azərbaycanda daha bir qoruq yaradılır - Sərəncam imzalandı

14:09 - 4.09.2023


4 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev sentyabrın 4-də “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.