15:23 - 30.08.2023
30 avqust, Fineko/abc.az. Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın-Xankəndi yolunun (Laçın yolu) da açılmasının mümkün olduğunu deyib.
"24 saat sonra (Ağdam-Xankəndi yolu açıldıqdan sonra) Laçın yolu da açılacaq. Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, - deyə Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisisinin sözlərinə görə, Azərbaycan Qarabağ bölgəsinin təchizatı üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edir.
Vaqif Xaçatryanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini keçməyə cəhd edərkən saxlanılması məsələsinə toxunan Hacıyev bir çox şahidlərin onu tanıdığını qeyd edib.
“Biz heç vaxt deməmişik ki, hərbi cinayətkarlar məhkəmə qarşısına çıxarılmamalıdır”, - deyə şöbə müdiri vurğulayıb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026