Neft ucuzlaşır, Brent bir barel üçün $83,81 təşkil edir

09:30 - 29.08.2023


29 avqust, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərraclarda neftin etalon markalarının qiyməti cüzi düşür.

London İCE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti saat 09:25-ə qədər $0,06 (0,07%) azalaraq bir barel üçün $83,81-a düşüb. Avqustun 28 - də Brent markalı neftin noyabr fyuçersləri $0,08 (0,10%) azalaraq bir barel üçün $83,87-a enib.

Saat 09:25-ə qədər Nyu – York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin oktyabr fyuçerslərinin dəyəri $0,07 (0,09%) azalaraq bir barel üçün $80,03-a düşüb. Avqustun 28 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,27 (0,34%) artaraq bir barel üçün $80,10-a çatıb.