Bakıda daha bir Aqua Park tikilir

11:22 - 28.08.2023


28 avqust, Fineko/abc.az. Bakıda "Sea Breeze"də yeni Aqua Parkın təməli qoyulub.

ABC.AZ xəbər verir ki, bu barədə tikinti işlərini həyata keçirən "Constech Construction" tikinti şirkəti məlumat yayıb. 

"Constech Construction” MMC olaraq Sea Breeze yeni Aqua Parkın təməl işlərinə start verdik. Hər kəsə xeyirli olsun", - şirkətoin məlumatında bildirilir.

"Sea Breeze" Nardaran yaxınlığında yerləşən yaşayış və istirahət kompleksidir. (Marja)