“Azərişıq”Ağdam şəhərində tender keçirir

15:44 - 25.08.2023


25 avqust, Fineko/abc.az. “Azərişıq”ASC “Ağdam şəhəri ərazisində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksinin tikintisi” üçün  tender keçirir.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini  29.09.2023 15:00  qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Namik Heybətov,  [email protected]