Gəncədə bir yol təmirinə 10 milyon manata yaxın pul xərclənəcək

12:15 - 25.08.2023


25 avqust, Fineko/abc.az. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat  Birliyi Gəncə şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderin nəticələrini açıqlayıb

ABC.AZ xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" ASC (VÖEN: 2300214521) seçilib. 

Şirkətlə 9 915 755 manat məbləğində müqavilə imzalanıb.