12:17 - 5.07.2018
5 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev enerji sistemindəki vəziyyətlə bağlı müşavirə keçirib.
Beləliklə, Mingəçevir İES-də baş vermiş qəza nəticəsində ölkənin bütün ərazisi iki dəfə enerjisiz qalmışdır. Enerji köməyi Rusiya və Gürcüstan tərəfindən göstərilib. İlk qəza baş verdiyi 3 iyul gecəsindən başlayaraq, Azərbaycan elektrik enerjisini Gürcüstandan aldı (“Gürcüstan Dövlət Elektrik Sistemi” (GSE) SC), onlar bizə 86 MVt ötürürlər. Həmçinin Rusiya (OSC “İnter RAO”) bizə 200 MVt-lıq enerji tədarük etdi.
“Fürsətdən istifadə edərək, bu vəziyyətdə bizə kömək göstərən Rusiya və Gürcüstan tərəfinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar belə bir vəziyyətdə bizə kömək göstərdilər. Bildiyiniz kimi, Azərbaycan bu ölkələrlə sıx əlaqələr saxlayır, bizim dostluq əlaqələrimiz var və hər hansı bir qəza baş verdikdə biz də kömək göstəririk, onlar da kömək göstərirlər. Bu, hesab edirəm ki, çox önəmli amildir və bir daha öz təşəkkürümü bildirmək istəyirəm”, - dövlət başçısı belə deyib.
30 İyul 2026
29 İyul 2026