11:58 - 23.08.2023
23 avqust, Fineko/abc.az. Avropa bazarında “Jeep” markasına rəqib yaradıla bilər.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, belə bir planı Fransanın “Renault Group” avtomobil istehsalçısı konserni irəli sürüb.
Məlumata əsasən, Fransa avtomobil istehsalçısının baş konstruktoru Lourens van den Akerin fikrincə, “Jeep”in Avropada ciddi rəqibi yoxdur: “Bunun üçün də bu şirkətə qarşı “Dacia” rəqib ola bilər. Bu, açıq havada istirahət etməyi sevən insanlar üçün çox uyğun olan bir markadır”.
Yeni konsept çərçivəsində ilk modelin 2024-cü ildə buraxılması planlaşdırılan yeni “Dacia Duster” olacaq. Şirkət daha sonra daha böyük “Bigster” modelini buraxacaq.
Bununla belə, şirkət öz avtomobillərini premium seqmentə köçürmək niyyətində deyil.