15:15 - 17.08.2023
17 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi cari ilin altı ayında ölkədə 38,9 min yeni iş yerləri açılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25 faizi tikinti, 18,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,1 faizi emal sənayesi, 9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,1 faizi peşə, elmi və texniki fəaliyyət, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi informasiya və rabitə, 10 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, 2023-cü ilin birinci yarımili ərzində ölkədə 8,1 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,1 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 54,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 46 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.