Xarici dərmanlar 5 il müddətinə dövlət qeydiyyatına alınacaq

17:03 - 15.08.2023


15 avqust, Fineko/abc.az. Azərbaycanda xarici (beynəlxalq) qeydiyyatı tanınan dərman vasitəsinin dövlət qeydiyyatı 5 il müddətində qüvvədə olacaq.

ABC.AZ xəbər, bu barədə Prezident İlham Əliyevin "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən xarici (beynəlxalq) qeydiyyatı tanınaraq dövlət qeydiyyatına alınmış dərman vasitəsinin yenidən dövlət qeydiyyatına alınması məqsədilə ərizəçinin müraciətinə qanunda nəzərdə tutulan qaydada baxılacaq. Əgər xarici  qeydiyyatı tanınaraq dövlət qeydiyyatına alınmış dərman vasitəsinin qanunda qeyd olunan sənədlərində  hər hansı dəyişiklik olduqda ərizəçi dəyişikliyin dövlət qeydiyyatına alınması üçün icazə verən orqana müraciət edəcək.

Müraciətə icazə verən orqan tərəfindən qanunda nəzərdə tutulan qaydada baxılır, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi aldıqdan sonra dəyişiklik dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edilir və dərman vasitəsinin dövlət qeydiyyatı haqqında yeni vəsiqə ərizəçiyə təqdim edilir. Bu zaman reyestr nömrəsi və dövlət qeydiyyatı haqqında vəsiqənin nömrəsi dəyişməyəcək