16:49 - 11.08.2023
11 avqust, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkında investisiyalarının ümumi məbləği 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
ABC.AZ İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına istinadla xəbər verir ki, bu rezidentlərdən 20-si fəaliyyətdədir. Bu il daha 4 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
Rezidentlər 5,3 milyard manatdan çox sərmayə yatırıb, 6 400-dən artıq daimi iş yeri yaradıb. Daha 386 milyon manat investisiya yatırılması, 2 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
27 Avqust 2026