11:10 - 4.07.2018
4 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,79 (1,0%) dollar düşüb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,44 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust ayının fyuçersi, 3 iyul tarixli ticarətin nəticəsində, keçən nəticəyə nisbətən (iyulun 2-də – 73,94 dollar) 0,2 dollar (0,27%) yüksələrək 74,14 dollar/barelə təşkil edib.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 3 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (iyulun 2-də – 77,30 dollar) 0,46 dollar (0,6%) yüksələrək bir barelə 77,76 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bir qədər artıb və 3 iyul tarixli ticarətin nəticələrinə əsasən 3,62 dollar / barelə təşkil edir.
29 İyul 2026
29 İyul 2026