16:07 - 3.07.2018
3 iyul, Fineko/abc.az. TuranBankın möhtəşəm “Hədiyyə Mövsümü!” adlı əmanət kampaniyası çərçivəsində keçirilmiş Stimullaşdırıcı Lotereyanın qalibləri aşağıdakı lotereya biletlərinin sahibləri olmuşlar:
"Hədiyyə Mövsümü!" kampaniyasının qalibləri öz uduşlarını almaq üçün uduş keçirildikdən 5 iş günü sonra 90 iş günü ərzində Bakı şəhəri İsmayıl bəy Qutqaşınlı küç., 85 ünvanında yerləşən TuranBankın Baş Ofisinə saat 09:00-dan 18:00-dək müraciət edə bilərlər. Qaliblər öz uduşlarını almaq üçün müraciət edəndən sonra 30 iş günü ərzində uduşlarını ala bilərlər.
Qeyd edək ki, TuranBankın “Hədiyyə Mövsümü!” adlı əmanət kampaniyasının keçirildiyi 1 fevral - 25 iyun tarixləri aralığında Bankda yatırılmış əmanətlərin hər 1000 manat və ya ABŞ dolları məbləği müqabilində əmanət sahibinə 1 (bir) lotereya bileti təqdim olunmuşdur.
Kampaniyanın yekunları, həmçinin Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı bankın rəsmi www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.