“Xalq Sığorta” ASC hesabat açıqladı - Zəiflədiyi ortaya çıxdı

11:00 - 25.07.2023


25 iyul, Fineko/abc.az. “Xalq Sığorta” ASC zəifləməkdə davam edir.

ABC.AZ xəbər verir ki, şirkət 2023-cü ilin yanvar-iyun ayı üzrə yığım və ödəniş üzrə hesabatını açıqlayıb.

Məlum olub ki, yuxar;da qeyd etdiyimiz kimi, bu il də şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-iyun ayında 12.037 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 7.236 mln. manat və ya 38% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 19.273 mln.manat təşkil edirdi.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.