11:29 - 3.07.2018
3 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) elektrik enerjisində kəsintilərin nəticələrini aradan qaldırır.
QSC-in məlumatında deyilir ki, regional qatarların hərəkətində gecikmələrə baxmayaraq, Bakı-Astara-Horadiz qatarı artıq Bakıya gəlib.
“Bakı-Rostov qatarı də vaxtında göndərilib, Bakı-Moskva qatarı paytaxta gəlib”, - məlumatda belə deyilir.
Bildirilib ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti də bərpa olunub. Bu marşrutda sərnişin sıxlığını azaltmaq məqsədilə, bu marşrutda xəttə iki qruplu qatarlar iki dəfə veriləcək.
İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir Su Elektrik Stansiyasının transformatorlarından biri sıradan çıxmış, nəticədə bütün ölkə enerjisiz qalmışdır. Elektrik təchizatı qismən bərpa olunub.
29 İyul 2026
27 İyul 2026