Azərbaycan əhalisinin sayı açıqlanıb

12:13 - 13.07.2023


13 iyul, Fineko/abc.az. Azərbaycan əhalisinin sayı açıqlanıb. 

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il iyun ayının 1-i vəziyyətinə 10148057 nəfər təşkil edib.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.