Cəmi beş gün ərzində 100 milyon abunəçı yığan platforma hansıdır?

16:03 - 10.07.2023


10 iyul, Fineko/abc.az. Cəmi beş gün ərzində “Threads” 100 milyon abunəçiyə çatıb.

ABC.AZ xəbər verir ki, ən sürətlə böyüyən istehlakçı proqramı olan “ChatGPT” iki ay ərzində 100 milyon istifadəçiyə çatmışdı.

Lakin, Mark Zukerberq ilk gün tətbiqin iki saatda 2 milyon, dörd saatda 5 milyon, yeddi saatda isə 10 milyon qeydiyyatdan keçmiş istifadəçiyə çatdığını bildirib.

Ertəsi gün səhər “Meta” CEO-su, 30 milyondan çox insanın yeni proqramı sınamaq üçün qeydiyyatdan keçdiyini bildirdi. Son məlumatlara görə, “Threads” 100 milyon aktiv istifadəçiyə çatdı. Bununla belə, ən vacibi bu istifadəçilərin platformada saxlanılıb-saxlana bilməyəcəyidir.