Müəllimlərin əməkhaqqısı ilə bağlı deputatdan maraqlı YANAŞMA

15:24 - 4.07.2023


4 iyul, Fineko/abc.az. “Sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əmək haqqı artımları üzrə faizlərin tam differensial ölçülməsi vacibdir”.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir:

“Digər tərəfdən, sualların hammısını cavablandıran ilə 51 doğrusu olanın da əmək haqqı artımı eynidir. 51 suala düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısında 10 faiz artım hesablanır”.

Yaxşı olardı ki, əmək haqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 55-60 arası nəticəsi olanlar üçün 40 faiz olsun.