Prezident “BakuBus” barədə Sərəncam verdi

14:35 - 3.07.2023


3 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında”kı Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, dövlət başçısı Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb.

Həmin Sərəncamda bildirilir ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 259; 2022, № 5, maddə 534) birinci hissəsində “Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini” sözləri “Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin.