16:56 - 22.06.2023
22 iyun, Fineko/abc.az. Azərbaycanda iki şirkət ləğv edilir.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Umico” MMC və “Umico Overseas” MMC ləğv olunduğunu elan edir.
“Umico” MMC-də kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti küçəsi, ev 153 ünvanına bildirə bilərlər.
“Umico Overseas” MMC-də isə kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 16, mənzil 5 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, nizamnamə kapitalı 10 min manat olan “Umico” MMC 2019-cu ildə yaradılıb və qanuni təmsilçisi Dəyanət Sədullayevdir.
“Umico Overseas” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 60 100 manatdır və qanuni təmsilçisi Xəyal Bağırovdur.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026