Texnologiya inkişaf etdikcə insan əməyinə ehtiyac da azalır - Nazir

12:23 - 21.06.2023


21 iyun, Fineko/abc.az. Son 4 ildə 450 min əmək müqaviləsinin artımına baxmayaraq məşğul əhalinin içərisində əmək müqaviləsi ilə çalışanların sayı azdır. Hədəf bir bu qədər də əmək müqavilələrinin sayının olmasıdır.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, insan resursları ilə əmək bazarı arasındakı vəhdət tapılmalıdır:

“Aidiyyəti qurumlarla mütəmadi müzakirələr aparılır və bu da nəticəyönümlü olmalıdır. Texnoloji inkişaf da qarşımızda böyük çağırışlar qoyur. Texnologiya inkişaf etdikcə insan əməyinə ehtiyac da azalır”.