12:05 - 19.06.2023
19 iyun, Fineko/abc.az. 2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib.
ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bank tərəfindən 2023-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində öz əksini tapıb.
Qeyd edilib ki, tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olmuşdur. Cari ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilmişdir. Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsədə, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.
Sorğu nəticələrinə əsasən cari ilin I rübündə istehlak və ipoteka portfeli üzrə kredit standartlarında yumşalma tendensiyasının səngiməsi meylləri müşahidə edilib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026