İzmir və Bakı arasında birbaşa uçuşlar başladı

09:59 - 19.06.2023


19 iyun, Fineko/abc.az. 18 iyundan etibarilə Türkiyənin aşağı büdcəli şirkəti İzmir-Bakı arasında birbaşa uçuşlara start verib.

ABC.AZ xəbər verir ki, bu barədə “AnadoluJet”-dən bildirilib.

Xatırladaq ki, bir müddət öncə mətbuatda 16 iyun tarixində “AnadoluJet”-in İzmir-Bakı arası birbaşa uçuşlarının həyata keçiriləcəyi məlumatı yayılmışdı.