Mark Zukerberqin sərvəti 22 milyard dollar azalıb - SƏBƏB

11:02 - 12.06.2023


12 iyun, Fineko/abc.az. Mark Zukerberqin sərvəti kəskin azalıb.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, “Bloomberg Billionaires Index”in yazarları bunu M.Zukerberqin “Facebook”un adını “Meta” olaraq dəyişməsindən sonra qeydə alındığını və bunu rebrendinqlə əlaqələndiriblər.

Belə ki, "Facebook"un adının dəyişdirilməsində təxminən iki il keçib və “Meta” brendinin elan edildiyi 28 oktyabr 2021-ci ildə Zukerberqin sərvəti 118 milyard dollar dəyərində idi.

Cümə günü səhər saatlarına olan məlumata görə, Zukerberqin xalis sərvəti təxminən 96,5 milyard dollar təşkil edib.

Yenə də, hətta son qazancları nəzərə alsaq, bu, rebrend elan edildikdən sonra 22 milyard dollar itki deməkdir.

Müəllif: Elmir Murad