Qeyri-yaşayış sahələrində 7-8 faizlik artım müşahid olunur - Ekspert

11:57 - 6.06.2023


6 iyun, Fineko/abc.az. “Azərbaycanın mənzil bazarındakı qiymət dinamikası 2021-ci ilin sonlarından etibarən yüksəlməyə başlayıb. Təkcə 2022-ci ildə 30 faizə yaxın artım qeydə alınıb. Qiymət dəyişiklikləri cari ilin əvvəlindən bu günə qədər davam etməkdədir”.

ABC.AZ xəbər verir ki, bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.

O bahalaşmaya Rusiya-Ukrayna müharibəsinin də az təsirinin olmadığını bildirib.

Onun sözlərinə görə, hazırda qiymət artımı faiz etibarilə ikirəqəmli göstəricini keçib və 13 faizdən bir qədər artıqdır:

“Qeyri-yaşayış sahələrində 7-8 faizlik, torpaq bazarında isə 10 faizlik artım müşahidə olunur. Belə davam edərsə, ilin sonuna qədər bu faizlərin hansı rəqəmlərlə ifadə ediləcəyini və bazarın gələcəyini indidən proqnozlaşdırmaq çətin olacaq”.