10:47 - 29.06.2018
29 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,34 (0,43%) dollar enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,61 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust ayının fyuçersi, iyunun 28-də keçirilən ticarətin nəticələrinə görə, keçən nəticəyə nisbətən (iyunun 27-də – 72,76 dollar) 0,69 dollar yüksələrək 73,45 dollar/barelə təşkil edib.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, 28 iyun tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (27 iyun – 77,62 dollar) 0,23 dollar (0,3%) bahalaşaraq bir barelə 77,85 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi azalır və 28 iyun tarixli ticarətin nəticələrinə əsasən 4,4 dollar / barelə təşkil edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
29 İyul 2026