16:32 - 1.06.2023
1 iyun, Fineko/abc.az. İlqar İbrahimli 1 iyun 2023-cü il tarixindən etibarən “GL LTD” MMC şirkətinin Baş icraçı direktorunun tabeliyində Hökumət və ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsinə təyin edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə “GL LTD” şirkəti bildirir.
İlqar İbrahimli dövlət orqanları, beynəlxalq təşkilatlar və biznesdə 20 ildən çox təcrübəsi olan, hökumətlə əlaqələrin və strateji münasibətlərin qurulması üzrə böyük nailiyyətlər qazanmış peşəkardır.
“GL LTD” şirkətindən əvvəl o, uzun müddət ATƏT-in Mərkəzi Asiyada ən böyük missiyası olan ATƏT-in Düşənbədəki Proqram Ofisində Baş müşavir vəzifəsində çalışıb. İlqar siyasi-hərbi, iqtisadi-ekoloji və humanitar təhlükəsizlik üzrə proqramların tətbiqi vasitəsilə Ofisin siyasi mandatının icrası üçün strateji liderliyin təmin olunması və məsləhətlərin verilməsi prosesinə rəhbərlik edib.
O, “Azərfon” MMC-də Marketinq və kommunikasiya üzrə direktor və eləcə də Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru vəzifəsində çalışıb.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026