17:30 - 30.05.2023
30 may, Fineko/abc.az. Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 7 152 milyon manatı əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların payına düşəcək.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,4 % çoxdur.
Yenilənmiş məbləğin 56,8%-ni və yaxud 4 060 milyon manatını Dövlət Gömrük Komitəsi, 43,2 %-i və yaxud 3 092 milyon manatını isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 25,8 % və 9,9 % çoxdur.
Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026