15:18 - 30.05.2023
30 may, Fineko/abc.az. Biz səfərdən sonra müsbət dinamikanın şahidi olacağıq.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə bildirib.
Dövlət başçısı deyib: “Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”.