15:10 - 25.05.2023
25 may, Fineko/abc.az. “Alibaba Group” kütləvi ixtisarlara başalayacağı barədə işçilərinə bildiriş göndərib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət “bulud” biznesində iş yerlərinin sayını təxminən 7% və ya 1 min azaltmaq niyyətindədir.
Qeyd edək ki, şirkət bununla da biznesini yenidən qurmaq və qrupu altı müstəqil şirkətə bölmək istəyir. Belə bir niyyətini “Alibaba” hələ mart ayında açıqlamışdı. Bu şirkətlər aşağıdakılar olacaq:
“Cloud Intelligence Group”, Taobao Tmall Commerce Group”, “Local Services Group”, “Cainiao Smart Logistics Group”, “Global Digital Commerce Group and Digital Media” və “Entertainment Group”.
Gözlənilən işçilərin ixtisarı elan edildikdən sonra “Alibaba”nın Nyu-Yorkdakı səhmləri ticarət günündə 3.7% ucuzlaşıb.
Müəllif: Elmir Murad
10 Avqust 2026