Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı məlum olub

11:01 - 25.05.2023


25 may, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən ABC.AZ-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 44 min 561 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 615 milyon 284 min 041 manatdır.