10:10 - 22.05.2023
22 may, Fineko/abc.az. Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC ilə Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.
Xəbər verilir ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Rusiya-İslam Dünyası: KazanForum” çərçivəsində Rusiyanın “Sollers” şirkəti ilə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC arasında ölkəmizdə “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur.
Memorandumu "Sollers" şirkətinin baş direktoru Nikolay Sobolev və “Azərmaş” MMC-nin sədri Emin Axundov imzalayıblar.
Qeyd edək ki, "Sollers" şirkəti UAZ (Ulyanovsk Avtomobil Zavodu) yolsuzluq və yüngül kommersiya avtomobillərini və ZMZ (Zavoljski Motor Zavodu) benzin mühərriklərini istehsal edən Rusiyanın avtomobil şirkətidir.
© Azertag.az
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026