17:19 - 18.05.2023
18 May, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Paşinyan Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb. ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasındad deyib. Onun sözlərinə görə, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsi mətninin yekunlaşdırılmasına imkan verəcək.
“Növbəti addım delimitasiya komissiyasının formalaşdırılmasının hüquqi əsaslarının müəyyən edilməsi olmalıdır”, - Paşinyan söyləyib.
“Vurğulamalıyam ki, Brüsseldə dəmir yolu xəttinin blokdan çıxarılması ilə bağlı müsbət rəy formalaşıb. Amma keçmiş təcrübəni nəzərə alaraq hələlik bunun təfərrüatlarını açıqlamayacağam”, - o əlavə edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026