İlham Əliyevlə görüş müsbət addım idi - Paşinyan

17:06 - 18.05.2023


18 may, Fineko/abc.az. “Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş müsbət addım idi, bu, regionda sülhün bərqərar olması, sülh müqaviləsinin razılaşdırılması və sərhədlərin delimitasiyası üçün vacibdir”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin deyib.

Paşinyan Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb. O, hökumətin iclasında bildirib ki, Belçika paytaxtında Azərbaycan Ermənistanın 29,8 min, Ermənistan isə Azərbaycanın 86,6 min kvadratmetr ərazisini tanıyıb.