11:04 - 18.05.2023
18 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 3 milyon 476 min dollar dəyərində kartof ixrac olunub. Bu həcm ifadəsində 7 min 778 ton kartof ixracı anlamına gəlir.
ABC.AZ xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında qeyd edilib.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 2 milyon 105 min dollar dəyərində 4 min 552 ton kartof ixrac olunmuşdu. Beləliklə, kartof ixracı dəyər ifadəsilə 1,6 dəfə (65,1%), miqdar ifadəsilə 1,7 dəfə (70,9%) artıb.
Bir ton kartofun orta ixrac qiyməti 2022-ci ilin 4 ayında 462 dollar ikən, 2023-cü ilin 4 ayında 447 dollar olub.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026